[b]Messinin həbs cəzası qüvvədə qaldı[/b]
24.05.2017 - 16:16
[b]Messinin həbs cəzası qüvvədə qaldı[/b]

“Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı yekun qərar verilib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçuya verilmiş 21 aylıq həbs cəzası qüvvədə saxlanılıb.

 

Belə ki, vergidən yayınmaqda ittiham edilən argentinalıya məhkəmə cəza tətbiq etmişdi. Bu gün apellyasiya məhkəməsi futbolçunun etirazını qəbul etməyib və cəzanın qüvvədə qalması barədə qərar verib.

 

Lakin bu, Messinin ilk cinayəti olduğundan və cəza müddəti 24 aydan (2 ildən) az olduğu üçün futbolçu həbs edilməyəcək. Leonun atasının cəza müddəti isə 21 aydan 15 aya endirilib.

 

Qeyd edək ki, Lionel Messi 2007, 2008 və 2009-cu illərdə ümumilikdə 4,1 milyon avro məbləğində vergini ödəməməkdə ittiham edilirdi.

0