[b]Ukrayna – Azərbaycan: Kim necə oynadı? - STATİSTİKA[/b]
31.05.2017 - 19:08
[b]Ukrayna – Azərbaycan: Kim necə oynadı? - STATİSTİKA[/b]

Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın bombardiri adını Polina Rəhimova qazanıb.

 

Yığmamızın hücumçusu millimizin aktivinə 19 xal yazdırmağı bacarıb. Rəhimova, həmçinin ən yaxşı hücumçu (16 xal) nominasiyasında da birinci olub. Görüşdə 18 xal yığan Natalya Məmmədova isə topu oyuna ən yaxşı daxil edən (5 eys) və ən yaxşı blokçu (3 xal) seçilib.  

 

Top qəbulunda ukraynalı Alina Stepançuk fərqlənib (37 faiz).  

 

Baş məşqçi Faiq Qarayevin digər yetirmələrindən Yelizaveta Səmədova 6, Ayşən Abduləzimova 5, Aynur Kərimova 4, Kseniya Poznyakla Odina Bayramova hərəyə 2 və Kristina Yaqubova 1 xal əldə edib. 

0