[b]Ardaya ilk dəstək EDHO-nun Rehasından gəldi[/b]
07.06.2017 - 12:27
[b]Ardaya ilk dəstək EDHO-nun Rehasından gəldi[/b]

Yığma karyerasını başa vuran Arda Turanı tənqid edənlərlə yanaşı, dəstəkləyənlər də var. Apasport.az saytı xəbər verir ki, sabiq kapitanın son hərəkətinə haqq qazandıranlardan biri də qardaşı Okan Turandı.

 

Türkiyədə məşhur “Eşkiya dünyaya hükümdar olmaz” serialına çəkilən və Reha obrazını canlandıran aktyor instaqram hesabı vasitəsilə qardaşına dəstəyini nümayiş etdirib.

 

Ardanın Türkiyə yığmasında geyindiyi ilk formanı paylaşan Okan şəklin altına bu sözləri yazıb: “İlk forma budu... İnsanın ən çox sevdiyindən ayrılması çətindi. Həyat bugünkü qədər qısa imiş. Səninlə qürur duyuram. İnandığınız kimi yaşamasanız, yaşadığınız kimi inanmaya başlayarsınız”.

 

Okanla yanaşı, Türkiyə yığmasının hücumçusu Burak Yılmaz da Arda Turanın şəklini palyaşaraq, ona dəstək olduğunu göstərib.

 

Qeyd edək ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeni vurmağa cəhd edən və onun ünvanına təhqirlər yağdıran 30 yaşlı yarımmüdafiəçi dünən milli komandadan uzaqlaşdırılmış, ardından isə yığma karyerasını başa vurduğunu açıqlamışdı.

0