[b]“Mladost”un baş məşqçisi: Püşkdən razı qaldım[/b]
19.06.2017 - 17:21
[b]“Mladost”un baş məşqçisi:  Püşkdən razı qaldım[/b]

“Püşkün nəticəsindən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç deyib.

 

Serbiya təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində Bakı “İnter”i ilə üz-üzə gələcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən Milovanoviç püşkün nəticəsindən narazı olmadığını bildirib: “Digər potensial rəqiblərimizi nəzərə alaraq, püşkdən razıyam. Ümidlənməyə haqqımız var. “Mladost” özünü göstərməlidi”.

 

Milovanoviç futbolçularının “İnter”lə oyunlarda əllərindən gələni edəcəklərini bildirib: “Onu deyə bilərəm ki, komandamız mərhələ adlamaq üçün maksimum gücünü göstərəcək. Klubumuzu və Serbiya futbolunu dünyada layiqincə təmsil etmək istəyirik. Bunun üçün gücümüzün yetərli olub-olmadığını görəcəyik”.

 

Qeyd edək ki, “Mladost” və “İnter” arasındakı ilk görüş iyunun 29-da Serbiyada, cavab matçı isə iyulun 6-da Azərbaycanda keçiriləcək.  

 

 

 

0