[b]“Azərbaycan çempionu ilə düşməkdən çəkinirdim” – serbiyalı məşqçi[/b]
20.06.2017 - 11:21
[b]“Azərbaycan çempionu ilə düşməkdən çəkinirdim” – serbiyalı məşqçi[/b]

“Püşkatmadan əvvəl də “Partizan”ı arzulayırdım. Çünki onlarla oyunlarımızın əsl tamaşa olacağına inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Buduçnost”un baş məşqçisi Draqan Kaziç deyib.

 

Monteneqro təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən biri idi. Lakin püşk Podqoritsa klubunu Serbiya çempionu “Partizan”la üz-üzə qoyub.

 

Cütlüyü dəyərləndirən serbiyalı mütəxəssis həmyerliləri ilə düşməkdən məmnun olduğunu gizlətməyib. Kaziçi ən çox “Qarabağ”a rəqib olmamaq sevindirib: “Partizan”ın kifayət qədər azarkeş ordusu var. Əminəm ki, hər iki qarşılaşmada tribunalar dolu olacaq. Digər tərəfdən məsafə yaxın olduğu üçün də sevinməliyik. Çünki belədə uzun yol qət etməyə ehtiyac qalmayacaq ki, bu da futbolçularda yorğunluq yaratmayacaq. Şəxsən mən Azərbaycan və Qazaxıstan çempionları ilə düşməkdən çəkinirdim. Onların yüksək keyfiyyətli futbolçuları və yaxşı maliyyə imkanları var. Ancaq azarkeşləri tribunalara cəlb etmək baxımından o qədər də uğurlu deyillər”.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia” ilə qarşılaşacaq.

0