[b]“Səbail” Kartepeni seçdi[/b]
23.06.2017 - 16:21
[b]“Səbail” Kartepeni seçdi[/b]

Premyer Liqada çıxış edəcək “Səbail” yeni mövsümün hazırlığını Türkiyədə davam etdirəcək. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq.

 

Belə ki, Samir Əliyevin yetirmələri iyulun 10-dan 27-dək Kocaeli şəhərinin Kartepe qəsəbəsində yerləşən 4 ulduzlu "Green Park Kartepe Resort" otelində hazırlıq keçəcək.

 

Komandanın bu müddətdə 5 yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Sınaqçı rəqiblərin adları hələ dəqiqləşməyib.

 

0