[b]“İnter”in “qırx”ı[/b]
21.07.2017 - 00:14
[b]“İnter”in “qırx”ı[/b]

“İnter” avrokuboklarda 40-cı qolunu vurub. Apasport.az saytının məlumatına görə, yubiley qolunun müəllifi Pərdis Fərcad-Azad olub.

 

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə səfər oyununda fərqlənib. Bu matçadək 33 görüşdə 39 qol vuran “İnter” üçün Lüksemburqdakı qol 40-cı olub.

 

Lakin bu 33 görüşdən birinin nəticəsi ləğv edilib və təmsilçimizə texniki qələbə verilib. Həmin oyunda top fərqində nəzərə alınmır. 1:4 hesabı ilə uduzan paytaxt təmsilçisinin təsəlli qolunun müəllifi həm də özü ilk dəfə avrokuboklarda fərqlənib.

 

Pərdis Azərbaycan klublarının heyətində avrokubokda qol sevinci yaşayan 125-ci oyunçudu. Bunadək 124 futbolçu rəqib qapısına yol tapmışdı.

0