[b]“Hesab 4:4 də ola bilərdi” - Endi Hallidey[/b]
21.07.2017 - 13:00
[b]“Hesab 4:4 də ola bilərdi” - Endi Hallidey[/b]

“Bu nəticəyə görə çox məmnunuq. “Yagelloniya” yaxşı təşkilatlanmış və güclü rəqib idi”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey deyib.

 

“Qırmızı-qaralar” UEFA Avropa Liqasının II təsnifat mərhələsində evdə qollu bərabərə (1:1) qaldıqları “Yagelloniya”nı səfərdə 2:0 hesabı ilə məğlub edərək mübarizəni davam etdirib.

 

“Reyncers”dən icarəyə götürülən şotlandiyalı futbolçu Polşa mətbuatına açıqlamasında dünənki qarşılaşmanı dəyərləndirib: “Bakıdakı ilk qarşılaşmada açıq futbol getdi. Hətta hesab 4:4 də ola bilərdi. Bu gün isə daha yaxşı təşkilatlanmalı və daha sıx oynamalı idik. Birinci qol çox köməyimizə çatdı. İlk görüşdəki nəticədən sonra mütləq qol vurmalı idik. Rəqib qapısı qarşısında təzyiqi yaratmağa və sakit oynamağa çalışdıq. Hücumda təhlükəli olmağı bacardıq. İkinci qol hər şeyə son qoydu”.

 

Qeyd edək ki, “Qəbələ” III təsnifat mərhələsində “Panatinaikos”la qarşılaşacaq.

0