[b]Öncə Qurban Qurbanov, sonra rəqib[/b]
24.07.2017 - 00:26
[b]Öncə Qurban Qurbanov, sonra rəqib[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, iyulun 24-də Suraxanı qəsəbə stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

“Şerif”in baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

 

Qeyd edək ki, klub tərəfindən ayrılmış avtobus media mənsublarını Suraxanıdan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

0