[b]Mövsümün 10-cu üzüntüsü[/b]
28.07.2017 - 10:53
[b]Mövsümün 10-cu üzüntüsü[/b]

Azərbaycan klubları avrokubokların cari mövsümündə 10-cu qolunu buraxıb. Apasport.az saytının məlumatına görə, yubiley topunu “Qəbələ” buraxıb.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Yunanıstan “Panatinaikos”u ilə qarşılaşan “qırmızı-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə buraxılan qol sayı 10-a çatıb. Həmin qolu penaltidən Gilyerme Molins vurub.

 

Bu qollardan yalnız ikisi “Qəbələ”nin qapısına vurulubsa, “İnter”lə “Zirə” daha çox – hərəyə 4 top buraxıb. “Qarabağ” cari mövsümdə qol buraxmayan yeganə komandamızdı.

 

Qeyd edək ki, mövsümün 14 qarşılaşmasında 8 qələbə qazanıb, 3 heç-heçə və eyni sayda məğlubiyyəti olan təmsilçilərimiz 21 qol vurub.

0