[b]“Futbolun gözəlliyi də bundadı” - Elvin Məmmədov[/b]
12.08.2017 - 23:25
[b]“Futbolun gözəlliyi də bundadı” - Elvin Məmmədov[/b]

Yeni komandası ilə mövsümə qələbə ilə start verən “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədov “İnter”lə oyundan (2:1) sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb:

 

- Sabiq komandanıza qalib gəldiniz. Oyununuzdan razı qaldınızmı?

- Qol vurduğuma görə, sevincliyəm. Birinci oyunlar stressli keçir. Əsas odur ki, qələbə qazandıq. Çatışmazlıq var idi. Qarşıdakı oyunlara baxmaq lazımdı.

 

- Bugünkü qələbədə bəxtiniz gətirdi, demək olarmı?

- Razıyam, rəqibin qapıya doğru 2-3 təhlükəli zərbəsi oldu. Həmin anda bəxtimiz gətirdi. Bizim də fərqi artırmaq üçün şanslarımız oldu. Futbolun gözəlliyi də bundadı. Hər epizod qol olmur. Üçüncü qolu vursaydıq, oyun “sınacaq”dı. Vacib olan 3 xalla başlamaq idi, tapşırığın öhdəsindən gəldik.

 

- Avrokuboklardakı uğursuzluğu unuda bilmisinizmi?

- Avrokubok və çempionat oyunları fərqlidi. Avropa Liqasında məğlub olduq, mübarizəni dayandırdıq. İndi çempionatda yenə yüksək yerlərdən birini tutmalıyıq ki, Avropa macəramız davam etsin.

 

- “Qarabağ” daha hazır görünür. Yenə onların çempion olacağını düşünmək olarmı?

- Çempionatın ilk oyunudu. Bu barədə danışmaq çətindi. Əlbəttə, onların oturuşmuş heyətləri var. “Qəbələ”də isə heyət hər il dəyişir, yeni simalar gəlir.. Buna görə də çətinlik olur. Amma mövsüm yeni başlayıb. İndidən dəqiq fikir bildirmək olmaz.

 

- Yeni komandanın oyun dəsti-xətti sizi darıxdırmır?

- Baş məşqçinin tətbiq etdiyi sistemdi. Biz onun tapşırığını yerinə yetirməliyik. Hansı mövqeni tapşırır, orda komandaya kömək etməliyik. Bu gün bunu nə dərəcədə bacardım, bilmirəm.

0