[b]“Zenit” Hollandiyadan məğlub döndü[/b]
17.08.2017 - 09:23
[b]“Zenit” Hollandiyadan məğlub döndü[/b]

Avropa Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

Günün yeganə matçı Hollandiyada keçirilib. “Utrext” öz meydanında “Zenit”lə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib.

 

Labvadın 77-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb.

 

Qeyd edək ki, Avropa Liqasında ilk oyunlara bu gün yekun vurulacaq. Cavab oyunları isə avqustun 24-də keçiriləcək.

 

Avropa Liqası

Pley-off mərhələsi

İlk oyun

16 avqust

“Utrext” (Hollandiya) – “Zenit” (Rusiya) – 1:0

Qol: Labvad, 77

0