[b]DÇ-2017: Azərbaycan dünyanın "doqquzluğ"unda[/b]
02.09.2017 - 16:04
[b]DÇ-2017: Azərbaycan dünyanın "doqquzluğ"unda[/b]

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatının yarımfinal mərhələsinin başa çatması ilə idmançısı finala vəsiqə əldə edən ölkələrin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici döyüşə yüksəlməklə qızıl medala bir addım da yaxınlaşan idmançılar 9 ölkənin təmsilçiləridi.

 

Bu “9-luq”da Azərbaycan da yer alıb. Mundiala cəmi 4 idmançı ilə qatılan millimiz medal baxımından 50 faizlik nəticə göstərib. Belə ki, rinqə çıxan 4 nəfərdən ikisi – Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionatının mükafatını təmin edib. Kamran bürünc medal qazanıbsa, Məhəmmədrəsul “qızıl” şansını hələ də davam etdirir. Komandamızın üzvlərindən Lorenzo Sotomayor (64 kq) və Pərviz Bağırov (69 kq) isə medal arzusu ilə erkən vidalaşıb.

 

Dünya çempionatında oynanılan 40 medaldan 2-sini – 5 faizini əldə edən Azərbaycan millisi mundialda 1-dən artıq mükafata yiyələnən 6 ölkədən biridi. Finalçıların sayına görə, siyahıya Kuba başçılıq edir. Ada ölkəsinin 7 boksçusu yarımfinal səddini keçib. Asiyalılardan Özbəkistanın 4, Qazaxıstanın isə 3 idmançısı fəxri kürsüyə qalxacaq. Azərbaycanla yanaşı, ABŞ, Fransa, Ukrayna, İrlandiya və Rusiyanın 1 qızıl medal qazanmaq şansı var.

 

 

N

Ölkə

İdmançı sayı

1

Kuba

7

2

Özbəkistan

4

3

Qazaxıstan

3

4-9

Azərbaycan

1

 

ABŞ

1

 

Rusiya

1

 

Fransa

1

 

Ukrayna

1

 

İrlandiya

1

Cəmi

9

20

 

0