[b]Mövsümdə ilk dəfə![/b]
18.09.2017 - 11:58
[b]Mövsümdə ilk dəfə![/b]

Azərbaycan Premyer Liqasının V turu növbəti dublla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çempionatın 4-cü dublu “Səbail” – “Qəbələ” matçına təsadüf edib.

 

Qonaqların fransalı hücumçusu Baqali Dabo 2 qolla komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub. Bu matçadək keçirilən 18 qarşılaşmada cəmi 3 belə hadisə yaşanmışdı.

 

I turda Mahir Mədətov (“Qarabağ”) “Neftçi”nin, II turda Təmkin Xəlilzadə (“Zirə”) “Kəpəz”in, III turda isə Vüsal İsgəndərli (“Zirə”) “Sumqayıt”ın qapısından iki top keçirmişdi. Maraqlıdı ki, hər üç futbolçu qollarını eyni hissədə vurub. Mahir fasiləyədək, “Zirə”nin oyunçuları isə ikinci 45 dəqiqədə dublu rəsmiləşdirib.

 

“Səbail” – “Qəbələ” qarşılaşmasında qeydə alınan dubl isə əvvəlkilərdən fərqlənib. Belə ki, Dabo bir oyunun hər iki hissəsində qol vuran ilk futbolçu olub. Baqali həm də legionerlərin ilk dubluna imza atıb. Çünki ilk üç belə hadisə yerli oyunçularla bağlı idi.

0