[b]Hücumçumuz oynadı, komandası xal itirdi[/b]
16.11.2017 - 20:00
[b]Hücumçumuz oynadı, komandası xal itirdi[/b]

Albaniya Super Liqasında X tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti oyununu keçirib.

 

Sözgedən komanda səfərdə “Kamza” ilə qarşılaşıb. Azarkeşlərin 4 qola şahidlik etdiyi matçda qalib müəyyənləşməyib – 2:2.

 

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Rauf 55-ci dəqiqə meydana daxil olub.

 

Qeyd edək ki, bununla da ardıcıl 3-cü oyunundan da bərabərliklə ayrılan “Kukesi” 10 matçdan sonra topladığı 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

0