[b]“Bu, işin qarşılığında kiçik mükafatdı” – “Roma”nın baş direktoru[/b]
07.12.2017 - 11:50
[b]“Bu, işin qarşılığında kiçik mükafatdı” – “Roma”nın baş direktoru[/b]

“Dekabrın 5-i bizim üçün gərgin gün idi. “Roma”nın qrupdan çıxması əla nailiyyətdi”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın baş direktoru Mauro Baldissoni deyib.

 

Çempionlar Liqasında qrup mərhələsinin son turunda “Qarabağ”ı öz meydanında 1 qolla üstələyən paytaxt təmsilçisi adını 1/8 final mərhələsinə yazdırıb.

 

Komandanın qrupu zirvədə başa vurmasına görə sevincli olduqlarını bildirən Baldissoni bunu böyük uğur kimi görmür: “Bundan da böyük uğurlar bizi gözləyir. Belə nəticələrə öyrəşməli və sıx şəkildə çalışmalıyıq ki, bu hal müntəzəm baş versin. Qrupda iki komanda bizdən üstün hesab edilirdi. Çoxları “Atletiko” və “Çelsi”nin gerisində qalacağımızı düşünürdü. Biz onları qabaqlamalı idik. Bu üzdən də əldə etdiyimiz nəticəyə görə, qürur duya bilərik. Öz gücümüzə bələdik. Hər halda qrupu qalib kimi başa vurmuşuq. Bu, son illərdə gördüyümüz işin qarşılığında kiçik mükafatdı. Bizə əlavə ruh yüksəkliyi verir və daha yaxşı olmağa sövq edir”.

 

Qeyd edək ki, C qrupunun yekununa görə, “Roma” və “Çelsi” 1/8 final mərhələsinə vəsiqə qazanıbsa, “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcək. “Qarabağ” isə 2 xalla qrup sonuncusu olub.

0