[b]Rövnəq Abdullayev yeni məşq mərkəzində - FOTOSESSİYA[/b]
20.12.2017 - 16:47
[b]Rövnəq Abdullayev yeni məşq mərkəzində - FOTOSESSİYA[/b]

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi təşkil olunub. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri futbol veteranları Kazbek Tuayev və İsgəndər Cavadovla birgə rəmzi qırmızı lenti kəsdikdən sonra məşq mərkəzinə baxış keçirilib.

 

AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər. Otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündü.

 

Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək. AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.

 

Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.

 

Mənbə: affa.az

0