[b]“Barselona” Minanı “partlatdı”[/b]
11.01.2018 - 11:16
[b]“Barselona” Minanı “partlatdı”[/b]

“Barselona” qış transfer dönəmində ikinci keçidini reallaşdırıb. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, kataloniyalılar Filip Koutinyodan sonra “Palmeyras”ın müdafiəçisi Yerri Minanı da heyətə cəlb ediblər.

 

24 yaşlı futbolçu ilə çoxdan anlaşan İspaniya nəhəngi, nəhayət ki, onun klubunu da razı sala bilib. Braziliya təmsilçisi bu keçiddən 11,8 milyon avro gəlir əldə edib. Kolumbiya millisinin üzvü isə yeni klubu ilə 5,5 illik sazişə qol çəkib. Müqavilədə mərkəz müdafiəçisinin transfer dəyəri 100 milyon avro göstərilib. Mina sabah “Nou Kamp”da azarkeşlərə təqdim olunacaq.

 

Qeyd edək ki, Yerri Mina 2016-cı ildən dəvət aldığı Kolumbiya yığmasının heyətində 9 oyun keçirib, 3 qola imza atıb.

0