[b]Dinonun arzusu “Çin oldu” - FOTO[/b]
19.01.2018 - 19:55
[b]Dinonun arzusu “Çin oldu” - FOTO[/b]

“Qarabağ”dan ayrılaraq Çinin I dəstə təmsilçisi “Xançjou Qrintaun”la anlaşan Dino Ndlovu yeni komandasının düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü sosial şəbəkədə foto paylaşıb.

 

O, artıq tibbi baxışdan da uğurla keçib.

 

27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin “Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.

 

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.

 

0