[b]“Son addımı ata bilmədik” – yığmamızın oyunçusu[/b]
10.02.2018 - 11:06
[b]“Son addımı ata bilmədik” – yığmamızın oyunçusu[/b]

“Birinci və ikinci partiyalarda qələbəyə yaxın olsaq da, son addımı ata bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu AVF klubunun voleybolçusu Kristina Yaqubova deyib.

 

Yığmamızın da şərəfini qoruyan oyunçu komandasının Super Liqada “Azərreyl”lə qarşılaşmasını dəyərləndirib. Yaqubova Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə 0:3 hesablı məğlubiyyətdə rəqibin güclü olduğunu da deyib: “Buna baxmayaraq, son topa qədər oynayırdıq. Şadam ki, bu gün tribunadan oyunumuza valideynlərim baxırdı. Bu mövsüm ərzində onların Bakıya ilk gəlişidi”.

 

0