[b]“Böyük Dəbilqə”nin startında medal olmadı[/b]
10.02.2018 - 17:44
[b]“Böyük Dəbilqə”nin startında medal olmadı[/b]

Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığması medal qazana bilməyib.

 

Belə ki, tatamiyə çıxan 4 cüdoçumuz çıxışını erkən başa vurub. Təmsilçilərimizdən Tərlan Kərimovla (66 kq) İçinkorlo Munktsedev (57 kq) ikinci, İlqar Müşkiyev (73 kq) və Buyankişiq Purevsuren (52 kq) isə birinci döyüşündə məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, “Böyük Dəbilqə”də sabah Əbdülhəqq Rəslullu (90 kq) və İrina Kindzerska (+78 kq) mübarizəyə qoşulacaq. Bazarakça Erdenabat (48 kq) isə yarışa yollansa da, adı iştirakçılar sırasında yer almayıb.

0