[b]Çempionlar Liqasının favoritləri haqda: “Qarabağ”la evdəki oyun...[/b]
16.03.2018 - 13:09
[b]Çempionlar Liqasının favoritləri haqda: “Qarabağ”la evdəki oyun...[/b]

Cari mövsüm Çempionlar Liqasını qazanmağa ən real namizədlər açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yoluna davam edən 8 komanda üç kateqoriyaya bölünüb.

 

Bir nömrəli favorit son iki ilin qalibi “Real” göstərilir. “Kral klubu”ndan sonra “Barselona” və “Mançester Siti”nin şansları yüksək qiymətləndirilir. “Yuventus”, “Bavariya” və “Liverpul” “ümidlilər” bölməsinə aiddilər.

 

Şansı ən az hesab olunan komandalar isə “Roma” və “Sevilya”dı. “Roma”nın çıxışını dəyərləndirən həmkarlarımız “canavarlar”ın evdəki uğurlu çıxış sayəsində 1/4 finala qədər irəlilədiyini vurğulayıblar: “Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ”la evdəki uğurlu oyun “Roma”nın irəliləməsinə səbəb oldu. Rəqiblərə nəzər yetirdikdə, bu yolun necə çətin keçildiyini anlamaq çətin deyil. Ancaq məhz bu cür qrupdakı qələbələr futbolçuların həm təcrübələrini artırdı, həm də onlarda qalibiyyət ruhunu formalaşdırdı. “Şaxtyor”a səfərdəki məğlubiyyətin əvəzini də doğma azarkeşləri önündə çıxaraq, 1/4 finala yüksəldilər. Lakin bundan sonra təkcə evdə uğurlu nəticə kifayət etməyə bilər”.

 

Qeyd edək ki, “Roma” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi” (3:0) və “Qarabağ”ı (1:0) öz meydanında məğlub etmiş, “Atletiko” (0:0) ilə bərabərə qalmışdı.

0