[b]Ölkə çempionu titulunu qaytardı[/b]
13.04.2018 - 20:02
[b]Ölkə çempionu titulunu qaytardı[/b]

Albaniyanın “Skenderbeu” klubunun çempionluğu geri qaytarılıb. Apasport.az saytının məlumatına görə, bu qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.

 

Qurum “Skenderbeu”nun 2015/16 mövsümünün ölkə çempionu titulu ilə bağlı şikayətini müsbət dəyərləndirib. CAS Albaniya Futbol Assosiasiyasının çempionluqdan məhrum etmə qərarını səlahiyyətlərin aşılması sayıb.

 

CAS “Skenderbeu”nin cəzalanmasına səbəb olan danışılmış oyunlarda iştirakını təkzib etməyib. Albaniya təmsilçisi bu üzdən 10 il avrokuboklardan kənarda qalacaq.

 

0