[b]Əliyar Ağayev “Mançester Siti” – “Barselona” oyununda [/b]
18.04.2018 - 15:18
[b]Əliyar Ağayev “Mançester Siti” – “Barselona” oyununda [/b]

FİFA dərəcəli referi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu idarə edəcək.

 

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Qarşılaşmada dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

 

Qeyd edək ki, “Mançester Siti” – “Barselona” matçı aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda baş tutacaq.

0