Azərbaycan milli komandasına iki ukraynalı futbolçu cəlb olunub
02.06.2008 - 18:39
Azərbaycan milli komandasına iki ukraynalı futbolçu cəlb olunub
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 17-dən 21-dək Moldovanın paytaxtı Kişinyovda keçiriləcək beynəlxalq turnirə qatılacaq Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının (U-17) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert 23 oyunçuya dəvət göndərib. Milli komandaya ilk dəfə iki ukraynalı - “Metallurq”lu Andrey Popoviç və Xarkov “Arsenal”ının üzvü Dmitri Qolub cəlb olunub. Ötən ay Ukraynaya səfəri zamanı bu futbolçuları bəyənən B.Lippert onların “milliləşdirilməsini” məqsədəuyğun sayıb. Həmçinin, U-17-yə Rusiyada yaşayan soydaşımız, “Saturn”un şərəfini qoruyan Emin Mahmudov da çağırılıb. Bundan başqa, heyətdə Elvin Zeynalov, Eltun Yaqublu, Azər Məmmədov, Amit Quluzadə, Ruslan Tağızadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Tural İskəndərov, Murad Qənbərov (hamısı “Neftçi”), Oruc Namazov, Elşad Manafov (hər ikisi “Azəri”), Məhəmməd Qurbanov (“Rostov”, Rusiya), Murad Qurbanov, Şərif İslamov (hər ikisi “Anji”, Rusiya), Tərlan Quliyev, Murad İskəndərli, Elnur Abdulov (hamısı “İnter”), Qara Qarayev (“Qarabağ”), Cavid Tağıyev (“Turan”) və Tanrıverdi Məhərrəmli (“Standard”) yer alıblar. B.Lippert iyunun 15-dək davam edəcək təlim-məşq toplanışı zamanı beynəlxalq turnirə aparılmağa layiqli futbolçuları seçəcək. U-17-nin qarşıdakı yarışda rəqibləri Latviya, Moldova və Belarus olacaq.
0