[b]Ramil Şeydayev Bundesliqada![/b]
28.05.2018 - 10:55
[b]Ramil Şeydayev Bundesliqada![/b]

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni mövsümdə Avstriya Bundesliqasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə “Trabzonspor”una məxsus 22 yaşlı hücumçu “Mattersburq”la anlaşıb.

 

Bunu yerli mətbuata klubun sahibi Martin Puxer açıqlayıb. O, 2018/2019 mövsümün son turunda LASK-a 2:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra bildirib ki, Çempionlar Liqası təcrübəsi olan Şeydayev yeni ildən “Mattersburq”un şərəfini qoruyacaq. Lakin müqavilənin şərtləri barədə hələlik heç nə açıqlanmayıb. Ramilin komandadan ayrılan Smal Prevljakın yerinə transfer olunduğu da qeyd edilib.

 

“Mattersburq” Bundesliqanı 6-cı pillədə başa vurub. Onlar 36 matçdan 46 xal toplayıblar.

 

Qeyd edək ki, 2016-cı ildə “Trabzonspor”la 4 illik müqavilə bağlayan Şeydayev son mövsümü “Qarabağ”da keçirib. Rusiya “Zenit”inin yetirməsi olan milli üzvü Ağdam klubuna gələnədək Slovakiya “Jilina”sında da oynayıb.

0