Vüqar Həşimov ilk dəfə dünyanın ən güclü 30 şahmatçısı siyahısında yer alıb
05.06.2008 - 10:03
Vüqar Həşimov ilk dəfə dünyanın ən güclü 30 şahmatçısı siyahısında yer alıb
Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların fərdi əmsallarının hesablama sisteminin müəllifi Eduard Dubov yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 30 qrossmeysterin yer aldığı siyahıya 2800 xalla dünya çempionu, hindistanlı Vişvanatan Anand başçılıq edir. Onu rusiyalı Vladimir Kramnik (2786 xal) və ukraynalı Vasili İvançuk (2785 xal) izləyir. Milli komandamızın üzvlərindən ən yüksək göstərici Teymur Rəcəbova məxsusdur. Səkkizinci pillədəki mövqeyini qoruyan 21 yaşlı qrossmeysterimizin hesabında 2739 xal var. Mövqeyində dəyişiklik qeydə alınmayan Şəhriyar Məmmədyarov 2738 xalla 9-cu sırada qərarlaşıb. Uzun fasilədən sonra yığmamızın üzvü Vüqar Həşimovun da adı siyahıya salınıb. Bakıda təşkil olunan Qran-Pri turnirində qələbə qazanan qrossmeysterimiz 2697 xalla 26-cı olub.
0