Azərbaycan yığmasının rəqibi Litvanı darmadağın edib
05.06.2008 - 17:13
Azərbaycan yığmasının rəqibi Litvanı darmadağın edib
Bakı – APA-Sport. İyunun 7-də start götürəcək futbol üzrə Avropa çempionatı öncəsi yoldaşlıq görüşləri keçirilib. «APA-Sport» agentliyinin məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olacaq Rusiya yığması Litva ilə qarşılaşıb. Oyunun gedişində məğlub duruma düşən qonşu ölkə futbolçuları sonradan 4 qol vuraraq, böyük hesabla qalib gəliblər. Qitə birinciliyində Rusiyanın D qrupunda rəqibi olacaq İpaniya isə minimal hesablı qələbə qazanıb. ABŞ yığmasını yenən baş məşqçi Luis Araqonesin komandası məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb.

İspaniya – ABŞ – 1:0
Xavi, 78.

Litva - Rusiya - 1:4
Savenas, 25 - Zıryanov, 33, Arşavin, 52, Pavlyuçenko, 64, Bıstrov, 80
0