İsveç erməninin güdazına getdi
06.11.2008 - 18:48
İsveç erməninin güdazına getdi
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) İsveç yığmasının üzvü Ara Abrahamyanı cəzalandırıb. “APA-Sport”un məlumatına görə, erməni əsilli yunan-Roma güləşçisi 2 il rəsmi yarışlarda iştirak hüququndan məhrum edilib.

Abrahamyan Pekin olimpiadasında qazandığı bürünc medalı nümayişkaranə şəkildə yerə atdığı üçün bu cəzaya məhkum olunub. Pəhləvanın şəxsi məşqçisi Leo Müllari də eyni müddətə cəzalandırılıb. FİLA həmçinin növbəti iki il ərzində İsveçdə beynəlxalq turnirlərinin keçirilməsinə qadağa qoyub.

Qeyd edək ki, Abrahamyan olimpiadanın yarımfinalında italiyalı rəqibinə bilərəkdən uduzdurulduğunu iddia etmişdi. Bu səbəbdən də o, mükafatlandırma mərasimindən sonra qazandığı medalı boynundan çıxararaq döşək üzərinə atmışdı. Sonradan Abrahamyanın əlindən alınan bürünc medalı isə heç kimə verilməyib.


0