“Xəzər-Lənkəran”ın sabiq futbolçusu “Pro” kateqoriyası aldı
19.11.2008 - 17:50
“Xəzər-Lənkəran”ın sabiq futbolçusu “Pro” kateqoriyası aldı
“Xəzər-Lənkəran” klubunun türkiyəli sabiq hücumçusu Oktay Dərəlioğlu məşqçilik təhsilini artırıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı veteran futbolçu məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro” kateqoriyası ilə bağlı təşkil olunan kursları uğurla başa vurub. Oktay bu dərəcəni daşıyandan sonra istənilən futbol klubunu çalışdıra bilər. Yeni təkliflər gözləyən Dərəlioğlu hələ ki vaxtını televiziyada keçirir. Məsələ ondadır ki, türkiyəli futbolçu bir sıra həmkarlarının yolu ilə gedərək, özünü idman şərhçisi kimi sınayır. Oktay Türkiyə Super liqasının yayım hüququna malik “Lig” TV-də çalışır.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın ən səs-küylü transferi olan Dərəlioğlu 2004/05 mövsümündə bu komandanın heyətində gümüş medal qazanıb. Çempionatımızda vurduğu 17 qolla bombardirlər yarışında ön sıralarda olan Oqtayın vida oyunu avqustda “Xəzər-Lənkəran”a qarşı olub. Hücumçu uzun illər şərəfini qoruduğu “Beşiktaş”ın heyətində “İsmət İnönü” stadionunda keçirdiyi matçla futbolçu karyerasını rəsmən bitirdi.
0