“İnter”in rəqibi də Türkiyəyə gedəcək
05.12.2008 - 14:00
“İnter”in rəqibi də Türkiyəyə gedəcək
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirindəki rəqibi “Ventspils” yarışa Litvada hazırlaşacaq. Apasport.az saytının məlumatına görə, ötən ay ardıcıl üçüncü dəfə Latviya çempionu olan ventspilslilər təlim-məşq toplanışı keçirmək üçün qonşu ölkəyə yollanacaq. Hazırda istirahətdə olan “Ventspils”in futbolçuları mövsümə hazırlıq məqsədilə dekabrın 19-da bir araya gələcək. “Sarı-ğöylər” gələn il yanvarın 7-də Litvanın Mariampol şəhərinə yollanacaq. Yanvarın 17-dən 25-dək Rusiyada keçirilən “Birlik kuboku”nun ardından növbəti toplanış üçün Türkiyəyə yollanacaq.

Qeyd edək ki, “İnter” həm turnirdən əvvəl, həm də sonra Türkiyədə toplanış keçirəcək.
0