İqor Nakoneçnı Azərbaycanı Ukraynadan üstün tutur
17.01.2009 - 12:58
İqor Nakoneçnı Azərbaycanı Ukraynadan üstün tutur
2007-ci ildə ciddi maliyyə böhranı ilə üzləşdiyindən Premyer Liqada çıxışını dayandıran “MKT-Araz” klubunun sabiq baş məşqçisi İqor Nakoneçnı Antalyada azərbaycanlı futbolçularla görüşüb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis vaxtilə rəhbərliyi altında oynadığı Saşa Yunisoğlu, Elvin Əliyev və Fabio Luis Ramimlə söhbətləşib. Bu xəbəri adları çəkilən futbolçuların şərəfini qoruduqları “Bakı”nın rəsmi İnternet saytı yayıb.

Hazırda Nakoneçnı Ukraynanın “Çernomorets” klubunda məşqçi vəzifəsində çalışır. Antalyada təlim-məşq toplanışı keçən “Bakı” və “Çernomorets” eyni meydançada məşqə çıxıblar. Nakoneçnının azərbaycanlı futbolçular və “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski ilə görüşü də məhz həmin vaxt baş tutub.

Bundan başqa, ukraynalı məşqçi öz fikirlərini də bölüşüb. O, Azərbaycanda işləmək istəyini dolayısı ilə nəzərə çatdırıb: “Dünyadakı maliyyə böhranı Ukraynada futbolun vəziyyətinə pis təsir göstərib. Buna baxmayaraq, Ukrayna çempionatı Azərbaycan birinciliyindən dəfələrlə səviyyəlidir. Düzü, indi iş tapmaq çətindir. “Çernomorets”də ikinci məşqçi işləmək məcburiyyətindəyəm. Mən Azərbaycanda baş məşqçi işləməyi, burada ikinci məşqçilikdən daha üstün tuturam”.
0