İlkin Şahbazov ölkə çempionu oldu
25.01.2009 - 00:01
İlkin Şahbazov ölkə çempionu oldu
Kişi taekvaondoçular arasında keçirilən ölkə çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “ABU-Arena” İdman Kompleksində təşkil olunan yarışda Vüqar Kərimov (54 kq, “Neftçi”), Samir Aydınov (58 kq, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti), Nicat Mikayılov (62 kq, Sumqayıt), İlkin Şahbazov (67 kq, “Neftçi”), Səbuhi İsmayılov (72 kq, “Neftçi”), Aydın Bəhməlov (78 kq, MOİK), Təvəkkül Bayramov (84 kq,“Gömrükçü” Sumqayıt) və Ramin Əzizov (+84 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara sahib çıxıblar. Bu gün isə qızlar və qadınlar arasında ölkə çempionları müəyyənləşəcək.

Mənbə: AzərTac.
0