Futbolu atıb, maşın itələdilər - FOTOSESSİYA
09.02.2009 - 13:10
Futbolu atıb, maşın itələdilər - FOTOSESSİYA
Türkiyə birinci liqasında “Altay” və “Güngörən Bələdiyəspor” klubları arasında keçirilən matç bir hadisə ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, İzmirin “Alsancak” stadionunda baş tutan qarşılaşmanın birinci hissəsinin sonları gözlənilməz məcrada davam edib.

Oyunun 43-cü dəqiqəsində hücum zamanı “Güngören Bələdiyəspor”un futbolçusu Adem Gezerin ayağı ilə vurduğu zərbə “Altay”ın qapıçısı Gökhanı üz nahiyəsindən ciddi zədələyib. Ona ilk tibbi yardım göstərilsə də, xəstəxanaya aparmaq zərurəti yaranıb.

Amma gəl ki, tibbi yardım maşınının meydançaya girməsi müşkül məsələyə çevrilib. Buna yağışa görə meydançanın öt örtüyünün yumşaq və sürüşkən olması maneçilik törədib. Məcburiyyət qarşısında qalan futbolçular maşının yanına qaçaraq, onu itələyərək, meydançaya salıblar.

Gökhan maşına yerləşdirildikdən sonra avtomobil yenə işə düşməyib. Bu dəfə də futbolçular onu meydançanın kənarına çıxarıblar. Beləliklə, oyunçular futbol oynamaqla yanaşı, bir neçə dəqiqəni maşın itələməyə həsr ediblər. Zədəli qapıçıya isə xəstəxanada üz nahiyəsindən 5 tikiş qoyulub.
0