Milli komandanın heyəti açıqlandı
26.02.2009 - 13:12
Milli komandanın heyəti açıqlandı
Martın 7-də İranın paytaxtı Tehranda start götürəcək sərbəst güləş üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, iki gün davam edəcək yarışda ölkəmiz 7 mümkün çəki dərəcəsinin hər birində iki pəhləvanla təmsil olunacaq.

Yığmamızın baş məşqçisi Maqomedxan Aratsilov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etmiş 7 güləşçimizdən 2-si – Namiq Sevdimovla (55 kq) Emin Əzizovu (66 kq) qonşu ölkəyə aparmayacaq. Səbəb Sevdimovun zədəli, Əzizovun isə Azərbaycan çempionatına üzrsüz səbəbdən qatılmadığı üçün cəzalandırılmasıdır.

Əvəzində Dünya Kubokunda Abil İbrahimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Cəlal Süleymanov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Novruz Temrezov, Hacı Əlicanov (hər ikisi 84 kq), Xetaq Qazyumov, Mehman İmanquliyev (hər ikisi 96 kq), Əli İsayev, Mixail Qazzayev (hər ikisi 120 kq) mübarizə aparacaq.

Dünya Kubokunda 8 ölkə təmsil olunacaq.
0