Jardel Azərbaycan yığmasına qarşı oynayacaq
04.03.2009 - 12:59
Jardel Azərbaycan yığmasına qarşı oynayacaq
Azərbaycan futzal milli komandasının rəqibi olan Portuqaliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2010-cu il Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan portuqaliyalılar yığmanın düşərgəsinə 14 futzalçı çağırıb.

Martın 19-22-dək Portuqaliyanın Viana-du-Kaştelyada keçiriləcək seçmə oyunlarına hazırlıq məqsədilə pireneylilər martın 13 və 14-də iki yoldaşlıq oyununda da qüvvəsini sınayacaq. Yığmamızın rəqibi dünya çempionatının gümüş mükafatçısı İspaniya ilə iki dəfə üz-üzə gələcək.

Qapıçılar: Bebe (“Benfika”), Joao Benedito (“Sportinq”), Vitor Hugo (“Fundaçao Jorje Antuneş”)

Oyunçular: Marselinyo (“Aksion-21” Şarlerua, Belçika), Leytao (“Lobelle de Santyaqo”, İspaniya), Kardinal (“Freyçeyro”), İsrael (“Burela Pescados Ruben”, İspaniya), Jardel (“Belenenseş”), Marinyo (“Fundação Jorje Antuneş”), Joel Qeyruş (“MRA Navarra”, İspaniya), Qonzalo, Pedro Koşta, Ricardinyo, Arnaldo (hamısı “Benfika”).
0