Sergey Rebrov karyerasını bitirdi
20.07.2009 - 12:56
Sergey Rebrov karyerasını bitirdi
Ukraynalı futbolçu Sergey Rebrov karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Rusiya çempionluğunu qazandığı “Rubin”lə yollarını ayıran 34 yaşlı veteran hücumçu Kiyevin “Arsenal” klubu ilə müqavilə şərtlərini razılaşdıra bilməyib.

Belə olan halda, Rebrov Kiyevin “Dinamo” klubuna qayıtmaq təklifini qəbul edib. Ancaq Sergey uzun müddət şərəfini qoruduğu komandaya futbolçu kimi yox, məşqçi kimi dönüb. Bu haqda “Dinamo”nun prezidenti İqor Surkis məlumat verib: “Rebrov futbolçu karyerasını bitirir. Ona əvəzedici komandamızın baş məşqçisi Vladimir Muntyanın korpusunda köməkçi vəzifəsini təklif etdim. Sergey da buna razılaşdı. Bazar ertəsi müqavilə bağlamalıyıq. Əsas komandamızın baş məşqçisi, korpusu dolu olan Qazzayev buna etiraz etmədi. Əvəzedicilərin məşqçisi olmaq isə Rebrova gələcəkdə sərbəst işləmək üçün imkan yaradır”.

Qeyd edək ki, Rebrov 2006-cı ildə milli komandamızla Bakıda yoldaşlıq görüşündə iştirak edib.
0