Azərbaycanlı pəhləvan Avropa çempionu oldu
23.07.2009 - 10:58
Azərbaycanlı pəhləvan Avropa çempionu oldu
Azərbaycanın yeniyetmə güləşçisi Toğrul Əsgərov Serbiyanın Zrenyanin şəhərində keçirilən Avropa birinciliyində tarixi uğura imza atıb. Apasport.az saytının məlumatına görə, 54 çəki dərəcəsində yarışan sərbəst güləşçimiz bütün rəqiblərini üstələyərək, çempion tituluna yiyələnib.

O, finaladək ardıcıllıqla Banyamin İsakov (İsrail), Maksim Prepelita (Moldova) və Zurar Yakobaşvilini (Gürcüstan) məğlub edib. Həlledici görüşdə isə Toğrul rusiyalı Həbib Batırov üzərində qələbə qazanaraq, qızıl medala layiq görülüb.

Eyni zamanda, milli komandamızın digər iki üzvü Orxan Şərifov (76 kq) və Əli Məhəmmədabırov (100 kq) 3-cü yeri tutub. Turnirin ilk günündə isə Elcan Usubzadə (85 kq) gümüş, Kazım Abbasov (69 kq) isə bürünc medala yiyələnmişdi. Beləliklə, sərbəst növdə 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış Azərbaycan yığması komanda hesabında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa birinciliyi iyulun 26-da başa çatacaq.
0