19 yaşlı idmançı yarış zamanı öldü - FOTO
11.08.2009 - 11:46
19 yaşlı idmançı yarış zamanı öldü - FOTO
Daha bir idmançı yarış zamanı ölüb. Apasport.az saytının məlumatına görə, kartinq üzrə Avropa çempionu, hollandiyalı Tomas Knopper dünyasını dəyişib.

Almaniyada təşkil olunan yarışda Tomasın maşını İtaliya təmsilçisi Paolo de Kantonun kartinqi ilə toqquşub. Nəticədə 19 yaşlı hollandiyalının kartinqi bir neçə dəfə fırlanıb və yoldan çıxaraq, kənara düşüb. Həkimlər Knopperə çatanadək o, aldığı xəsarətdən yerindəcə keçinib.

Xatırladaq ki, 3 gün öncə daha bir idmançı, İspaniyanın “Espanyol” futbol klubunun kapitanı Daniel Xarke də qəflətən dünyasını dəyişib. O, telefonla sevdiyi qızla danışdığı zaman ürəyi tutub və vəfat edib.
0