“Qalatasaray”ın futbolçusuna ciddi cəza
02.02.2010 - 12:00
“Qalatasaray”ın futbolçusuna ciddi cəza
“Qalatasaray” rəhbərliyi komandanın üzvü Abdulkader Keytanı cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, buna səbəb Kot d’İvuar yığmasının şərəfini qoruyan futbolçunun “Cim Bom”un Antalyada keçirilən təlim-məşq toplanışına gec qatılmasıdır.

Keyta milli komandanın heyətində Afrika Millətlər Kubokunda mübarizə aparıb. Yığmanın yanvarın 24-də 1/4 finalda Əlcəzairə uduzmasına baxmayaraq, Abdulkader “sarı-qırmızılılar”ın düşərgəsinə bir həftə sonra gəlib.

Vətənində icazəsiz istirahət edən hücumçuya bu hərəkəti baha başa gələcək. İstanbul klubunun baş məşqçisi Frank Raykaard ciddi tədbirə əl atacaq. Hollandiyalı mütəxəssis onu uzun müddət ehtiyat oyunçular skamyasında oturtmaq fikrindədir. Əgər belə hal təkrarlansa, Keyta külli məbləğdə cərimələnəcək.
0