Azərbaycan atleti dünya rekordunu təzələdi
20.06.2010 - 17:46
Azərbaycan atleti dünya rekordunu təzələdi
Boloniyada keçirilən yüngül atletika üzrə İtaliyanın açıq çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, paralimpiyaçı atletlərimiz arasında ən böyük uğura Elçin Muradov nail olub. O, 100 metr məsafəyə qaçışda 10,6 saniyə nəticə ilə dünya rekordunu təzələyərək, qızıl medal qazanıb.

Atletlərimizdən, həmçinin Oleq Panyutin və Hüseyn Həsənov uzunluğa tullanma, Oluxan Musayev isə nüvə itələmə yarışlarında birinci yeri tutub.

Vladimir Zayets uzunluğa tullanmada gümüş, Rza Osmanov isə 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb.
AzərTac
0