[b]“Qəbələ” İtaliya, Xorvatiya və Avstriya klubları ilə danışıq aparır[/b]
24.04.2014 - 16:54
[b]“Qəbələ” İtaliya, Xorvatiya və Avstriya klubları ilə danışıq aparır[/b]

15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin son iştirakçısı yaxın günlərdə bəlli olacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda Avstriya, Xorvatiya və İtaliya klublarından biri ilə danışıqlar aparır.

Əslində turnirdə iştirak edəcək sonuncu klub Madrid “Atletiko”su ola bilərdi. Ancaq “Land of fire Azerbaijan”ı təmsil edən İspaniya təmsilçisi 2 ay ərzində “Qəbələ”yə cavab vermədiyi üçün təşkilatçılar adıçəkilən 3 ölkənin klubu ilə danışıqlara başlayıb. Xorvatiyadan bu klubun Zaqreb “Dinamo”su olduğu dəqiqdir. “Qəbələ”nin Avstriyadan “Rapid”, İtaliyadan isə “Milan”, “İnter” və ya “Roma”dan biri ilə danışıqlar apardığı gözlənilir.

Qeyd edək ki, 29 may - 1 iyun tarixlərində keçiriləcək turnirdə “Qəbələ” və “Neftçi”dən başqa, “Fənərbaxça”, Moskva “Lokomotiv”i, “Liverpul”, Marsel “Olimpik”i və “Anderlext” klubları da iştirak edəcək.

0