Böyükağa Hacıyev: Dünya şöhrətli məşqçilər futbolumuzdan baş aça bilmir
24.04.2014 - 20:26
Böyükağa Hacıyev: Dünya şöhrətli məşqçilər futbolumuzdan baş aça bilmir

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun finalına çıxmaları barədə danışıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi bu oyunu şərh etmək istəmədiyini deyib: “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik. Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram. Mövsümü titulsuz bitirmək istəmirik. Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futbolla bitirim, yorulmadım, tükəndim. Araz Abdullayevlə bir neçə dəfə danışdıq, başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün, bu, mənfi haldır. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdır. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan başa aça bilmirlər, çünki, mentalitetimizi bilmirlər. Yerli futbolçuları çox yaxşı tanıyıram. “Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdur, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadır. Tahir Süleymanovun istefa verməyini stadionda eşitdim. “Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”. 

0