Braziliya sensasiyaya imkan vermədi, Meksika qalib gəldi
13.06.2014 - 21:55
Braziliya sensasiyaya imkan vermədi, Meksika qalib gəldi

Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən mundiala böyük maraq var.

 

 

Mundialın açılış oyunu meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilib. Pentakampeonlar qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Amma Braziliya ilk görüşündə xal itirməyib. Oyun braziliyalıların öz qapılarına avtoqolu ilə başlayıb. Amma Braziliya yığması özünü itirməyib və xorvatların qapısından 3 qol keçirib. Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

 

Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts da olub. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxlayacaq. Bu da səbəbsiz deyil. Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.

 

Bu qrupun digər görüşü isə bu gün baş tutub. Meksika ilə Kamerun arasında keçirilən matçın taleyini meksikalı Peraltanın 61-ci dəqiqədə vurduğu yeganə qol həll edib. Meksika 1:0 hesabı ilə qələbə qazanıb.

 

13 iyun

A qrupu
 

Braziliya – Xorvatiya - 3:1

Qollar: Neymar, 29; 71 (pen); Oskar, 90+ - Marselo (avtoqol), 11
 

Hakim: Yuiti Nishimura (Yaponiya)
San-Paulu. “Arena Korintians”
 

Braziliya: 12. Julio Sezar, 2. Dani Alves, 3. Tyaqo Silva (k), 4. David Luis, 6. Marselo, 7. Hulk, 8. Paulinyo, 9. Fred, 10. Neymar, 11. Oskar, 17. Qustavo.

Baş məşqçi: Luis Felipe Skolyari

 

Xorvatiya: 1. Pletikosa, 2. Vrsaljko, 4. Perihiç, 5. Qorluka, 6. Lovren, 7. Rakitiç, 9. Jelaviç, 10. Modriç, 11. Srna (k), 18. Oliç, 20. Krvaçiç.

Baş məşqçi: Niko Kovaç

 

Meksika – Kamerun - 1:0

Qol: Peralta, 61


Hakim: Vilmar Roldan (Kolumbiya)
Natal. “Arena das Dunas”

 

Meksika: 13. Ochoa, 2 Rodriqes, 4. Marques, 6. Herrera, 7. Layun, 10. Dos Santos, 15. Moreno, 18. Guardado, 19. Peralta, 22. Aguliar, 23. Vazques.

Baş məşqçi: Miqel Herrera

  

Kamerun: 16. İtandje, 2 Ekotto, 3. Nkoulou, 4. Djeugoue, 6. Sonq, 8. Moukandjo, 9. Eto’O, 13. Ghoupo-Moting, 14. Cedjou, 17. Mbia, 18. Enoh. 

Baş məşqçi: Finke Volker

 

Braziliya

1

1

0

0

3-1

3

Meksika

1

1

0

0

1-0

3

Kamerun

1

0

0

1

0-1

0

Xorvatiya

1

0

0

1

1-3

0

0