Baş nazir futbolçunu ordudan xilas etdi
21.07.2014 - 23:40
Baş nazir futbolçunu ordudan xilas etdi

 

Misirin baş naziri İbrahim Maxlyab “Çelsi”nin futbolçusu Məhəmməd Salehi orduda xidmətdən azad edib. Apasport.az saytının məlumatına görə, Salehin adının orduya çağırılacaq şəxslər siyahısına salınması iki gün öncə məlum olub.

 

Qeyd edək ki, bir müddət öncə Saleh qiyabi oxuduğu institutdan xaric edilib. Buna onun məşğələlərə getməməsi səbəb olub. İnstitutdan çıxarılan futbolçu adı dərhal Misir ordusunun çağırışçıları siyahısına düşüb.

 

Amma baş nazirin işə qarışması hər şeyi dəyişib. Maxlyab müdafiə naziri ilə milli komandanın baş məşqçisi Şavki Qəribin danışıqlarına qarışaraq, prosesi 22 yaşlı futbolçunun xeyrinə həll edib. Baş nazir tərəflərə qeyri-standart vəziyyəti həll etdiklərinə və problemi başa düşdüklərinə görə təşəkkür edib. İndi Saleh Mourinyonun komandası ilə bir yerdə Avstriyada təlim-məşq prosesinə hazırlaşa bilər.

 

 

0