Yığmalarımızdan fərqli nəticə - YENİLƏNİB
06.08.2014 - 21:22
Yığmalarımızdan fərqli nəticə - YENİLƏNİB

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın 6-cı turunda Azərbaycan milliləri Serbiya və ABŞ-la münasibətlərinə aydınlıq gətiriblər.

 

Bir gün öncə Fransaya qalib gələrək, turnir cədvəlində liderliyə yüksələn kişilərdən ibarət millimiz uğurlu seriyanı davam etdirmək arzusunda idi. Kişilərimiz buna qismən nail olublar. Serbiya ilə görüş 2:2 hesabı ilə başa çatıb.

 

Qadınlardan ibarət millimizi isə yenidən uduzub. Bu dəfə onlar 2,5:1,5 hesabı ilə ABŞ millisinə məğlub olublar.

 

6 avqust

V tur

 

Kişilər

AZƏRBAYCAN - SERBİYA - 2:2


Şəhriyar Məmmədyarov (2743) - İvan İvanişeviç (2613) - 1:0

Teymur Rəcəbov (2724) - Miloş Perunoviç (2602) - 0:1

Rauf Məmmədov (2659) - Robert Markus (2602) - 0,5:0,5

Qədir Hüseynov (2613) - Nikola Sedlak (2554) - 0,5:0,5

 

Qadınlar

AZƏRBAYCAN – ABŞ - 1,5:2,5

Gülnar Məmmədova (2334) - İrina Kruş (2474) - 1:0

Xəyalə Abdulla (2286) - Anna Zatonskix (2466) - 0,5:0,5

Türkan Məmmədyarova (2274) - Tatev Abrahamyan (2366) - 0:1

Səbinə İbrahimova (2263) - Yekaterina Nemçova (2315) - 0:1

 

 

0