[b]Marko Nikoliç: “Neftçi”nin gücünü hamı gördü[/b]
22.08.2014 - 00:54
[b]Marko Nikoliç: “Neftçi”nin gücünü hamı gördü[/b]

“Çox vacib qələbə qazandıq. Bu hesab komandamızın mərhələ keçməsinə zəmanət verməsə də, evdə uduzmamaq vacib idi”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın baş məşqçisi Marko Nikoliç deyib.

 

O, Serbiyanın paytaxtı Belqradda Avropa Liqasının pley-off mərhələsində “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri matçı şərh edib. Ehtiyatlı danışan Nikoliç bildirib ki, qarşılaşmaya Bakı təmsilçisi yaxşı başlasa da, görüşün nəticəsini xeyirlərinə dəyişmələri yerinə düşüb: “İlk 15 dəqiqədə 2 kobud səhvə yol verdik və rəqib də bunu bağışlamadı. Buraxılan iki erkən qoldan sonra məğlubiyyətə çox yaxın idik. Lakin sonradan təşəbbüsü ələ ala bildik. Lazımı qələbəni qazandıq. "Neftçi"nin isə necə güclü komanda olduğunu matçda hamı gördü".

0