Branimir Subaşiç “Manisaspor”da 5-ci oyununa çıxdı
26.08.2014 - 11:40
Branimir Subaşiç “Manisaspor”da 5-ci oyununa çıxdı

Millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” 6-cı yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Manisa təmsilçisi Türkiyənin II dəstə komandası “Menemen Bələdiyyəspor”la gücünü sınayıb.

 

Bu görüş I dəstə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç start heyətində meydana çıxıb. O, 77-ci dəqiqədə yerini Burakcana verib.

 

Qeyd edək ki, “Manisaspor” bundan əvvəl Əlcəzairin “MK Aljir” klubu (2:2), “Manisaspor”un U-19 komandası (3:0), “Aydınspor 1923” (1:0), “Ankaragücü” (0:0) və “Yeni Diyarbəkir”lə (2:3) yoxlama oyunları keçirib. Son matç istisna olmaqla bütün görüşlərdə meydanda olan Subaşiç “Manisaspor”un U-19-u ilə matçın 26-cı dəqiqəsində hesabı açıb və bununla da yeganə qolunu vurub.

0