Mourinyodan futbolda taym-aut təklifi
27.08.2014 - 23:01
Mourinyodan futbolda taym-aut təklifi

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis futbolda taym-autlar tətbiqini istəyib.

 

Mourinyo futbolda qaydaların tez-tez dəyişmədiyini vurğulayıb: “Məsələn, qolun elektron vasitələrlə qeydə alınması sistemini nə qədər gözləmişik. Ümid edirəm ki, məşqçilərə futbolçulara göstəriş vermək üçün oyunu dərhal dayandırmağa icazə veriləcəyi zaman hələ də işləyəcəyəm. Bu çox maraqlı olardı. Van Qal dünya çempionatı zamanı “su fasiləsindən” istifadə edərək komandasının oyununa düzəliş etdi. Nəticədə hollandlar həmin oyunda qalib gəldilər”.

 

 

0