Azərbaycan yığması üçün latviyalı hakim
01.09.2014 - 13:30
Azərbaycan yığması üçün latviyalı hakim

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Azərbaycan – İsrail oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də baş tutacaq qarşılaşmanı latviyalı Andris Treymanis idarə edəcək.

 

Ona həmyerliləri Aleksey Spasionikov, Raymonds Tatriks və dördüncü hakim Vitali Spasionnikov kömək edəcək. Qarşılaşmanın hakim-inspektoru avstriyalı Konrad Plautz olacaq. UEFA nümayəndəsi funksiyasını isə almaniyalı Volf Günter Vizel yerinə yetirəcək.

0